Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 17:08
Tayvanı müstəqil dövlət etmək cəhdləri olarsa, Çin Xalq Respublikası müharibəyə getməyə hazırdır. Çin bu cür separatçı cəhdləri dayandıracaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin nümayəndəsi Vu Tszyan deyib.
"Kim Tayvanı ayırmağa cəsarət etsə, Çin ordusu döyüşə qoşulmaqdan çəkinməyəcək. Nəyin bahasına olursa olsun, Tayvanın "müstəqilliyi"nə yönəlmiş istənilən separatçı cəhdləri qətiyyətlə yatıraraq, milli suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcək", - Tszyan bildirib.