Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə 1 yumurta yesəniz...

Gündə 1 yumurta yesəniz...

Tarix: 11 Iyun 2022 22:03

Əvvəllər belə hesab olunurdu ki, yumurta qanda xolesterinin səviyyəsini qaldırır ki, bu da ürək və damar xəstəliklərinin inkişafına səbəb olur.

Həkimlər insanlara yumurtanın qəbulunu məhdudlaşdırmağı tövsiyə edirdilər. Lakin son elmi araşdırmalar göstərib ki, yumurta nəinki ürək-damar sistemi üçün ziyanlıdır, əksinə hər gün 1 yumurta yeyən insanda ürək və damar xəstəliklərinin, xüsusilə insultun riski azalır.

Saglamolun.az EurekAlert-ə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, bunun səbəbi yumurtanın tərkibində antioksidantların çox olmasıdır. Antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır və bu da ürəyin və damarların sağlamlığına müsbət təsir edir.

Bundan əlavə yumurta polidoymamış yağlı turşularla zəngindir ki, bu turşular beyin üçün çox faydalıdır.


Etiketlər:  Gündə yumurta yesəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ