Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 22:06
Finlandiya Prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib.
Sonxeber.net "report"a istinadən bildirir ki, onun sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünü təxirə salacaqsa, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq.
"İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik", - Niiniste bildirib.