Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 11:00
"Azad qadın" heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur".
Bu barədə Sonxeber.net-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.
"Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir", - məlumatda deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Cəfər Cabbarlı və Əhmədbəy Zivərbəyov küçələrinin kəsişməsində yerləşən "Azad qadın" heykəlinin söküləcəyi ilə bağlı iddialar yayılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti münasibət bildirib.
Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, hasarlanma təmsil etdiyi qurum tərəfindən həyata keçirilməyib.
Onun sözlərinə görə, abidənin söküləcəyi ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.
Qeyd edək ki, "Azad qadın" heykəli 1960-cı ildə heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: