Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış jurnalistin evində bomba partladıldı

Tanınmış jurnalistin evində bomba partladıldı

Tarix: 14 Iyun 2022 13:54

İyunun 13-dən 14-nə keçən gecə tanınmış yunan jurnalisti Aris Portosaltenin evinin girişi yaxınlığında əldəqayırma partlayıcı qurğu işə salınıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə  jurnalistin işlədiyi "Skai" telekanalı xəbər yayıb.

Hadisə gecə saat 3 radələrində baş verib. Cinayətkarlar dörd qaz patronundan ibarət partlayıcı qurğu yerləşdirib, onlardan üçü partlayıb. Telekanal xəbər verir ki, partlayış binanın girişinə ziyan vurub və kiçik yanğına səbəb olub.

"Faciə odur ki, bizdə terror var. Təəssüf ki, Yunanıstanda terrorizm var", - Portosalte kanalın efirində deyib.

"10 ildən artıqdır ki, öz fikrimi söylədiyim üçün təqib olunuram", -jurnalist bildirib.

Onun sözlərinə görə, eyni evdə daha 7 ailə yaşayır.

"Skai" hökumətyönlü telekanaldır və hakim Yeni Demokratiya Partiyasının fikirlərini ifadə edir.

Milli.Az


Etiketlər:  Tanınmış jurnalistin evində bomba partladıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ