Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saatlıda uzunluğu 3 km olan yol yenidən qurulur

Saatlıda uzunluğu 3 km olan yol yenidən qurulur

Tarix: 14 Iyun 2022 16:52

Saatlı rayonunun Məmmədabad-Genişkənd avtomobil yolu yenidən qurulur.

Bu barədə Sonxeber.net-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, uzunluğu 3 km olan Məmmədabad-Genişkənd avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hərəkət hissəsinin eni 6 metr təşkil edən avtomobil yolunda texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Sözügedən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib.

Layihə əsasında yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə zəruri yerlərdə suötürücü boruların quraşdırılması işləri görülüb.

Sadalanan işlərə paralel olaraq qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşan ərazidə artıq asfaltlanma işlərinə də başlanılıb. Hazırda yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi icra olunur.

Görülən işlər tam başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və dayanacaqlar quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı. Yolun əsaslı şəkildə yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.


Etiketlər:  Saatlıda uzunluğu olan yenidən qurulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ