Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qızlar 11 yaşlı qızı vəhşicəsinə döyərək təqaüdçü ilə cinsi əlaqəyə girməyə məcbur etdilər

Məktəbli qızlar 11 yaşlı qızı vəhşicəsinə döyərək təqaüdçü ilə cinsi əlaqəyə girməyə məcbur etdilər

Tarix: 15 Iyun 2022 13:12

Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində yeniyetmələr 11 yaşlı qızı vəhşicəsinə döyüblər. Daha sonra zərərçəkmiş 68 yaşlı təqaüdçü tərəfindən zorlamanın qurbanı olub.

Sonxeber.net Rusiya mətbuatına istinadən bildirir ki, yeniyetmələrin bütün vəhşilikləri mobil telefonla lentə alınıb.

Dəhşətli hadisə iyunun 3-də baş verib. İki məktəbli qız hiyləgərcəsinə qurbanı dayanacaqda saxlayıb, onu döyməyə başlayıblar: yeniyetmənin qarnına vurub, saçını dartıblar. Onlar baş verən hər şeyi telefonla çəkib qızın dostlarına göndəriblər. Zərərçəkənin kiçik qardaşı döyülməni dayandırmağa çalışsa da, qüvvələr bərabər olmayıb.

11 yaşlı qız daha sonra zorlanıb və bu barədə yerli sakinlərə danışıb. Onun sözlərinə görə, 68 yaşlı təqaüdçü onu hədə-qorxu ilə "seksual xarakterli digər hərəkətlər" etməyə məcbur edib. Onu döyən yeniyetmələr isə uşağın zorakılığını videoya çəkərək görüntüləri dostlarına göndəriblər. Məlumata görə, 68 yaşlı kişi 3 gün sonra saxlanılıb. Yerli müstəntiqlər araşdırma aparır.

"Yoxlama işlərinə ərazi polis idarəsinin polis bölməsinin əməkdaşları da qoşulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlılar arasında əlaqə qurur, bu kimi qanunsuz əməllərə cəlb oluna biləcək vətəndaşların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı hərtərəfli araşdırma aparılır", - rayon Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

İrfan Vəliyev


Etiketlər:  Məktəbli qızlar yaşlı qızı vəhşicəsinə döyərək təqaüdçü ilə cinsi əlaqəyə girməyə məcbur etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ