Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya NASA ilə buna görə əlaqə saxlayır

Rusiya NASA ilə buna görə əlaqə saxlayır

Tarix: 15 Iyun 2022 23:16

"Roskosmos" siyasi fikir ayrılıqlarına baxmayaraq, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqat İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) ilə əlaqə saxlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib.

"Biz NASA ilə əlaqə saxlayırıq. Bu əlaqələr peşəkar xarakter daşıyır və bizə BKS-dən (Beynəlxalq Kosmik Stansiyadan) təhlükəsiz istifadəni təmin etmək üçün lazımdır. Və təbii ki, mübadilə proqramları da həyata keçirilir", - Roqozin bildirib.

Milli.Az


Etiketlər:  Rusiya NASA ilə buna görə əlaqə saxlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ