Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 16:35
Aparıcı Lalə Azərtaş proqramı haqda yayılan "şoudur" fikirlərinə sərt reaksiya göstərib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Təsir dairəsi" verilişində danışan aparıcı iddialara belə münasibət bildirib:
"Proqamım haqda "şoudur" deyə fikirlər bildirilir. Bilirsinizmi, səsi çox güclü yayılıb, ona görə şou effekti verib. Buradan sözübütöv olan Lalə kimi tamaşaçıya deyim ki, şouya ehtiyac duyduğum gün qələmi və mikrofonu buraya qoyub gedəcəm. Əmin ola bilərsiniz. Həyatda necəyəmsə, efirdə də elə olacağam, düzə düz, əyriyə əyri".