Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır

İlham Əliyev: Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır

Tarix: 16 Iyun 2022 19:06

Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda işə başlayan "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".


Etiketlər:  İlham Əliyev Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ