Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 16:22
Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Partlayışın elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan "Vellar Qrup"un ərazisində baş verdiyi bildirilib.