Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar Əbilovdan kişilərə ÇAĞIRIŞ: “Artıq “Instagram” səhifəniz olmasın”

Şəhriyar Əbilovdan kişilərə ÇAĞIRIŞ: “Artıq “Instagram” səhifəniz olmasın”

Tarix: 18 Iyun 2022 21:40

"İkimiz də dinamik və lider xasiyyətdə insanlarıq. İyirmi illik dostuq, bilirik, harada "stop" verək. Hər gün də oğlumuzu götürüb gəzməyə gedirik. Onun hər nəfəsi bizə bir xoşbəxtlikdir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə evliliyindən danışarkən deyib.

Şəhriyar Oksananın ona qoyduğu qadağanı açıqlayıb:

"Evdə Oksana tərəfindən senzura var - uşağın fotosunu çox paylaşmaq olmaz. Göz, mənfi enerji var. Uşağın səhhətinə təsir edir. Ona görə də fotosessiya etmirik. İstəmirik uşaqla reklam olunaq.

Oksana qısqancdır. Amma artıq hər şeyi dərk edirik, münasibət yolundadır. Oksana qısqanclığını bildirmir. Kişilərə deyirəm ki, artıq "Instagram" səhifəniz olmasın, ehtiyatlı olun. Təki hamının gözü xoşbəxtlikdən kor olsun, sağa, sola baxmasınlar".

Şəhriyar qız atası olmaq istədiyini söyləyərək: "Kim istəməz, qız atası olsun? Qızlar ataları ilə daha yaxşı dost olurlar", - sözlərini əlavə edib.


Etiketlər:  Şəhriyar Əbilovdan kişilərə ÇAĞIRIŞ Artıq Instagram səhifəniz olmasın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ