Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada iki uşağın üzdüyü hovuza mərmi düşüb

Ukraynada iki uşağın üzdüyü hovuza mərmi düşüb

Tarix: 20 Iyun 2022 12:46

Son 24 saat ərzində Ukraynada müharibə nəticəsində həlak olan uşaqların rəsmən təsdiqlənmiş sayı dəyişməyib - 323, lakin xəsarət alan azyaşlıların sayı artıb - 586.

Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İyunun 19-da Donetsk vilayətinin Jeleznoye şəhərində rusların atəşə tutması nəticəsində 8 yaşlı qız yaralanıb.

İyunun 19-da Xarkov vilayətinin İzyumski rayonunda 13 və 14 yaşlı iki uşağın üzdüyü hovuza mərmi düşüb və partlayıb. Uşaqlar qəlpə yaraları alıblar.

Ümumilikdə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada ən azı 909 uşaq zərər çəkib. Bu rəqəmlər yekun deyil.

Mövcud məlumatlara görə, ən çox uşaq Donetsk vilayətində - 302, Xarkovda - 173, Kiyevdə - 116, Çerniqovda - 68, Luqanskda - 54, Xersonda - 52, Nikolayevdə - 48, Zaporojyedə - 30, Sumidə - 17 nəfər zərər çəkib, məlumatda deyilir.

Aslan Məmmədov


Etiketlər:  Ukraynada uşağın üzdüyü hovuza mərmi düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ