Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2025 11:02
Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi "Hall Siti"də oynamağı təklif edib.
A.Ilıcalı ona bu transferdə israr edib.
Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə "Dinamo"da (Zaqreb) forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin "Hall Siti"yə təyin olunma ehtimalıdır.
Məhz bu səbəbdən Emreli gözləmək istəyir.
M.Emreliyə Bundesliqadan isə iki təklif var. Belə ki, o, "Verder" (Bremen) və "Yunion Berlin"dən təklif alıb. Onun karyerasını harda davam etdirəcəyinə isə milli komandaların matçından sonra aydınlıq gələcək.