Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2025 15:25
Arnold Şvartsenegger oğlu Patrikin iştirakı ilə "Ağ lotus" serialının üçüncü mövsümündəki çılpaq səhnələri görərək şoka düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyor oğlu ilə birgə "Variety"yə müsahibəsində danışıb.
"İnana bilmədim. Seriala baxıram və birdən ekranda onu çılpaq görürəm! Bu, ağılsızlıqdır. Sonra "Konan" və "Terminator"da eyni vəziyyətə necə düşdüyümü xatırladım. Onun mənim izimlə getməsi heyrətamizdir", - Arni bildirib.
Kino ulduzu oğlunu tərifləməyi də unutmayıb.
"Sən məndən heç vaxt studiyaya və ya agentə zəng etməyimi xahiş etmədin. Aktyorluğa gələndə məndən heç vaxt məsləhət istəmədin. Sən unikalsan və mən səninlə çox, çox fəxr edirəm", - kino ulduzu deyib.