Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret çəkərkən oksigen balonu partladı, öldü

Siqaret çəkərkən oksigen balonu partladı, öldü

Tarix: 21 Iyun 2022 20:22

ABŞ-ın Pensilvaniya ştatında bir nəfər oksigen kondensatoruna qoşularaq siqaret yandırmaq istəyərək ölüb.

Sonxeber.net bildirir ki, bu barədə "İndependent" məlumat yayıb.

Hadisə iyunun 17-də, cümə günü adı açıqlanmayan mərhumun evində baş verib. Kişi oksigen təmin etmək üçün apparata qoşulmuşdu. Lakin bu, amerikalının siqaret çəkməyə cəhd etməsinə mane olmayıb. Polisin bildirdiyinə görə, o, siqaret yandıran zaman oksigen alovlanıb və kişi ağır yaralanıb.

Gələn tibb işçiləri yerindəcə ürək-ağciyər reanimasiyası aparıb və zərərçəkmişi xəstəxanaya çatdırıblar, lakin kişi həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.

Yanğından Mühafizə Assosiasiyasının məlumatına görə, oksigen öz-özünə alovlanmır, o, katalizator rolunu oynayır, yanğınların daha parlaq yanmasına və daha sürətli yayılmasına kömək edir. Alışqanı oksigen borusunun yanında yandıran kişi tənəffüs yollarından ağır yanıq aldı və bunun ölümcül olduğu məlum oldu.

Aslan Məmmədov


Etiketlər:  Siqaret çəkərkən oksigen balonu partladı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ