Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda dəhşətli zəlzələdə ölənlərin sayı 950-ni ötüb - YENİLƏNİB - FOTO

Əfqanıstanda dəhşətli zəlzələdə ölənlərin sayı 950-ni ötüb - YENİLƏNİB - FOTO

Tarix: 22 Iyun 2022 13:34

13:17

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

--------

09:45

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, "Baxtar" xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

Milli.Az


Etiketlər:  Əfqanıstanda dəhşətli zəlzələdə ölənlərin sayı 950 ni ötüb YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ