Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 14:38
Samuxda törədilən qətlin təfərrüatları məlum olub.
Qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar: "Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb". Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.
Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.