Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hamilə qalan “gözəl”lərdən xilas ola bilməyən kişilər var”

“Hamilə qalan “gözəl”lərdən xilas ola bilməyən kişilər var”

Tarix: 22 Iyun 2022 15:25

Tanınmış aktyor və aparıcı Sənan Əlləz paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Facebook" hesabında Azərbaycanda kişi hüquqlarının qorunmadığını bildirib:

"Cəmiyyətdə az və ya çox formada hamının hüququ qorunur: qadının, uşağın, LGBT+ fərdinin, küçə heyvanlarının, bircə kişilərin hüquqlarından başqa. Soruşa bilərsiz ki, harda tapdanır hüquq və toxunulmazlıqları? Dayanın deyim sizə: Yaşı çox "xala"lardan əziyyət çəkən kişilər var, cinsi azlıqların girişdikləri, abırlarını sıxaraq "lənət sənə kor şeytan" deyən kişilər var, içkili vəziyyətlərindən istifadə edib hamilə qalan "gözəl"lərdən xilas ola bilməyən kişilər var, "ceyran" tərəfindən inək kimi sağılan amma ailəsinin qorxusundan səsini çıxara bilməyən, şantaj olunan kişilər var.

P.S: Arada biz tərəfə də baxın, yazığıq. İmam üçün ağlayanda, bir ağız da yezid üçün ağlayın".

Milli.Az


Etiketlər:  Hamilə qalan gözəllərdən xilas ola bilməyən kişilər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ