Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 21:18
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madriddə keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sammitdə Ukraynaya xüsusi sessiya həsr olunacaq.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Madriddə keçiriləcək NATO sammitinə dəvət edildiyini bildirmişdi.
NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclas iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq.
İştirakçılar Alyansın yeni strateji konsepsiyasını qəbul edəcək.