Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq''

''Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq''

Tarix: 23 Iyun 2022 00:00

"Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən "atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə" aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə inkişaf etdirir.

"Ukrayna (Rusiya üçün) çətin hədəf oldu, Finlandiya ilə də eyni olacaq", - deyə Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib.

O əlavə edib ki, Finlandiya qoşunlarının Ukrayna qoşunları kimi mühüm amili var - döyüş motivasiyası onlara üstünlük verir.


Etiketlər:  Ukrayna Rusiya üçün çətin hədəf oldu Finlandiya ilə eyni olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ