Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 08:02
Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Ona görə də Almaniya və digər Qərb ölkələri Ukraynaya ağır silahların verilməsini sürətləndirməlidir.
Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın "Bild" qəzetinə bildirib.
"Onların artilleriya sahəsində üstünlüyü var və bundan maksimum istifadə edirlər, ağır silahlar və müasir artilleriya sistemləri əldə etsək, hadisələrin gedişatını öz xeyrimizə çevirə bilərik", - Kuleba deyib.
Nazir vurğulayıb ki, Ukrayna ordusunun sovet silahları tükəndiyi üçün çoxsaylı reaktiv yaylım atəşi qurğuları və 155 millimetrlik artilleriya sistemlərinin tədarükü vacibdir.