Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 14:22
Yekaterinburqda "Musiqi gecəsi" konserti zamanı pərəstişkarı rus estrada müğənnisi MakSimə hücum edib.
Sonxeber.net bildirir ki, videonu Shot Telegram kanalı yayıb.
Mətbuatın yazdığına görə, sənətçi ilk üç treki ifa etməyi bacarıb. "Cənnətim" mahnısı zamanı pərəstişkarı MakSimi qucaqlamaq üçün səhnəyə çıxıb. Mühafizəçi dərhal onun arxasınca qaçsa da, qadın ifaçının əlindən tutub özünə tərəf çəkib. Nəticədə müğənni yıxılıb.
Kadrlarda sənətçinin ifanı necə kəsdiyi və əlini necə yoxlaması əks olunub. Mühafizəçilər bu zaman pərəstişkarını səhnədən çıxarır və müğənni ifasını davam etdirir.
İrfan Vəliyev