Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərbəst güləşçilərimiz Romada birinci oldular

Sərbəst güləşçilərimiz Romada birinci oldular

Tarix: 25 Iyun 2022 23:50

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub.

Sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıb.

Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Sərbəst güləşçilərimiz Romada birinci oldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ