Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keyta qayıtdı

Keyta qayıtdı

Tarix: 20 Sentyabr 2019 16:04

"Liverpul"un futbolçusu Nabi Keytanın zədəsini sağaldıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə  görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Yürgen Klopp məlumat verib. O, 24 yaşlı yarımmüdafiəçinin artıq komanda ilə ümumi məşqlərə başladığını bildirib. Alman mütəxəssis komandanın digər zədəli futbolçusu Alissonun bərpasının davam etdiyini və "Çelsi"yə qarşı oynamayacağını söyləyib. Hücumçu Divok Oriqinin isə London klubu ilə görüşdə iştirakının şübhə altında olduğunu vurğulayıb.

Qeyd edək ki, N.Keyta zədə səbəbindən 2 ay yaşıl meydanlardan uzaq qalıb.

 


Etiketlər:  Keyta qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ