Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina etdi

Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina etdi

Tarix: 28 Iyun 2022 11:16

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib", - qeyd olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.


Etiketlər:  Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ