Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 08:38
Almaniya kansleri Olaf Şolts G7 sammitindən sonra keçirilən yekun mətbuat konfransı zamanı Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi məsələsini gülüşlə qarşılayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.
Jurnalist Almaniya hökumətinin başçısından Rusiyanın xüsusi əməliyyatından sonra Qərb ölkələrinin Ukraynaya vəd etdiyi təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını soruşub.
Kansler isı cavabında "Bəli. Mən bunu bacarıram",- deyə yumşaq bir şəkildə gülərək cavab verib və sonra uzun müddət sıssiz dayanıb.
Kanslerin cavabından sonra mətbuat konfransı iştirakçıları da gülüblər.
"Hamısı budur" Şolts bir az susqunluqdan sonra əlavə etdi və əllərini açıb tamaşaçıları bir daha güldürdü.
Bundan əvvəl Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün Ukrayna ilə vicdanlı razılaşmanın zəruri olduğunu bildirmişdi.