Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 19:56
"Barselona”nın hücumçusu Usman Dembele zədəsini sağaldıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün komanda ilə məşqlərə başlayıb.
Fransa millisinin üzvü baş məşqçi Ernesto Valverdenin şans verəcəyi təqdirdə, La Liqanın V turunun “Qranada” ilə matçında iştirak edə bilər.
Qeyd edək ki, sabah keçiriləcək “Qranada” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.