Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 23:42
Yaponiya son 150 ilin ən isti iyun ayını yaşayır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.
Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.