Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 19:02
ABŞ-ın Missisipi ştatında müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərracda satılacaq.
Sonxeber.net bildirir ki, "New York Post" qəzetinin məlumatına görə, bina sökülüb satılır.
Tyupelo şəhərindəki ev 2022-ci ilin avqustunda hərraca çıxarılacaq. Başlanğıc qiyməti 30 min ilə 50 min dollar arasında dəyişir. Presli 1943-1944-cü illərdə valideynləri ilə orada yaşayıb. Obyekti 2020-ci ildə satmağa çalışıblar, lakin alıcı tapılmayıb.
Ev sökülmüş vəziyyətdədir - 2017-ci ildə sökülüb qoşquya qoyulub. Əvvəlcə tikilini söküb torpaq sahəsinin qalması planlaşdırılsa da, kolleksiyaçılar evi alıblar. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.
İrfan Vəliyev