Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydendən Türkiyə ilə bağlı ETİRAF: ''Bunun əksi bizim maraqlarımıza uyğun deyil''

Baydendən Türkiyə ilə bağlı ETİRAF: ''Bunun əksi bizim maraqlarımıza uyğun deyil''

Tarix: 30 Iyun 2022 21:28

"F-16 qırıcılarını Türkiyəyə satmalıyıq".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden NATO sammitinin yekununda verdiyi açıqlamada deyib.

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti bu satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi bu əməliyyata hələlik razılıq verməyib.


Etiketlər:  Baydendən Türkiyə ilə bağlı ETİRAF Bunun əksi bizim maraqlarımıza uyğun deyil


RƏYLƏR