Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin açıq-saçıq FOTOsu müzakirələrə səbəb oldu

Müğənninin açıq-saçıq FOTOsu müzakirələrə səbəb oldu

Tarix: 1 Iyul 2022 20:15

Məşhur amerikalı müğənni Beyonsun yeni fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, ifaçının at üstündə çılpaq pozu yeni albomunun üz qabığında olacaq.

Beyons bu şəkildə Mersiya qrafı Leofrikin həyat yoldaşı qrafinya Ledi Qodiva bənzədilib. O, ərinin əhali üzərinə qoyulan hədsiz sayda vergiləri azaltmaq üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdi. Digər müqayisə isə 1977-ci ildə ad gününə ağ atda qatılan aktrisa Byanka Caggerin fotoşəkili ilə aparılıb.

Xatırladaq ki, Beyons "Vogue" jurnalının yeni buraxılışının üz qabığında da at üstündə poza verib.

Qeyd edək ki, müğənninin son albomu "Lemonade" 2016-cı ildə işıq üzü görmüşdü.


Etiketlər:  Müğənninin açıq saçıq FOTOsu müzakirələrə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ