Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 08:24
Bakı İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov vəkil kimi fəaliyyət göstərəcək.
Bu barədə Cəfərovun özü feysbuk hesabında paylaşım edib.
"Bu gün (dünən-red) vəkil andı içərək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv oldum. Kollegiyaya üzvlük 2007-ci ildən həyata keçirdiyim hüquq müdafiə fəaliyyətini daha peşəkar və daha geniş hüquqi vasitələrlə həyata keçirməyə imkan yaradır" - R.Cəfərov qeyd edib.
Rəsul Cəfərovla yanaşı, onun hüquq müdafiəçisi xanımı Günay İsmayılova da vəkillik imtahanında müvəffəqiyyət qazanıb. Belə ki, o da vəkil andı içərək Vəkillər Kollegiyasına üzv olub.
Qeyd edək ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər.