Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinsi istəksizliyin səbəbi və müalicəsi

Cinsi istəksizliyin səbəbi və müalicəsi

Tarix: 5 Iyul 2022 08:15

Bir çox ailə münasibətlərində cinsi istəksizlik problemlərə yol açır.

İmmunitet.az xəbər verir ki, türkiyəli ginekoloq Mine Tüzel, insanların əhvalına mühüm dərəcədə təsir göstərən cinsi problemin müalicə edilə bildiyini qeyd edib. Həkim xəstəlik barədə məlumatlar verib:

"Cinsi istəksizlik, bu sahədə yaranan problemlər 4 qrupa bölünür.

Cinsi meylliliyin az  olmasının səbəbi psixoloji, genetik, şəxsi düşüncə vəs faktorlar ola bilər. Təbii səbəblər sırasında damar xəstəlikləri, yüksək təzyiq, şəkər, xroniki xətəliklər, dərmanlardan istifadə (əks təsirlər), spirtli içkilərdən istifadə və s faktorlar dayanır. Adətən əsas səbəbin təməlində psixoloji və təbii hal sayılan problemlər dayanır".

Mütəxəssis, bu problemin dərmanla müalicəsinin olduğunu vurğulayıb. Həkim, evlilikdə cütlüklərin münasibətlərini, yaxınlaşmalarına mənfi təsir göstərən hormonal dəyişikliklərə də toxunub. Onun sözlərinə görə, klimaks dövründə qadınlarda baş verən hormonal dəyişikliklər cinsi istəksizlik yarada bilir:

"Bunun müxtəli müalicəvi üsulları var. Həkim tərəfindən müayinə edildikdən sonra dəqiq müalicə resepti yazıla bilər".

Ginekoloq əlavə edərək qeyd edib ki, belə xəstələrdə ilk olaraq cinsi istəksizliyin psixoloji və ya fiziki olduğu ayırd edilir. Daha sonra isə psixoloji söhbət, dərmanla, cinsi müalicələr, əməliyyatlar dəqiqləşdirilə bilər.

Milli.Az


Etiketlər:  Cinsi istəksizliyin səbəbi müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ