Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölkənin infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib'' - Ukraynanın Baş naziri

''Ölkənin infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib'' - Ukraynanın Baş naziri

Tarix: 5 Iyul 2022 08:21

"Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.

"Biz Ukraynanın elektron xəritəsini yaradırıq, burada müharibənin vurduğu bütün itkiləri qeyd edirik. Bu xəritə daim yenilənir, itkilər dərhal bir neçə tərəfdən qeyd olunur və yoxlanılır. Hökumətin qabaqcıl rəqəmsal alətləri sayəsində və "Diya" veb-tətbiqi ilə Ukraynanın hər bir vətəndaşı öz dağıdılmış evi barədə məlumat təqdim edə bilər. Bazada artıq təxminən 250 min müraciət mövcuddur", - D.Şmıqal bildirib.


Etiketlər:  Ölkənin infrastrukturuna milyard dollardan çox ziyan dəyib Ukraynanın Baş naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ