Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verildi

Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verildi

Tarix: 5 Iyul 2022 10:10

Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.

Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.


Etiketlər:  Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ