Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 18:00
Keçi sürüsünü otaran Türkiyə sakini ona hücum edən ayı ilə əlbəyaxa davada ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Newsweek" məlumat yayıb.
İyunun 29-da 44 yaşlı Fatih İlhan Ərzurum vilayətinin Olur rayonunda keçi otarmağa gedib. Axşam saatlarında sürü onsuz geri qayıdanda kişinin yaxınları polisə müraciət edib. Otlaq sahəsinə irəliləyən axtarışçılar İlhanın parçalanmış cəsədini tapıblar. Yüz metr aralıda ürəyindən güllə ilə vurulan ölü bir ayı var idi. Ətrafda çobanın tüfəngi də tapılıb.
Rəsmilər bu qənaətə gəldilər ki, ayı sürüyə yaxınlaşıb, İlhan isə onu görüb atəş açıb. Ölümcül şəkildə yaralanan yırtıcı çobanı öldürə bilib, lakin tezliklə özü də aldığı yaradan ölüb. Kişinin beş övladı qalıb.
Suriya qonur ayılarına Türkiyənin hər yerində rast gəlinir. Son illər onların sayı xeyli artıb və kənd sakinləri üçün ciddi təhlükəyə çevrilib. Ayılar təkcə kəndlərin yaxınlığında deyil, həm də yemək qoxusunun onları cəlb etdiyi şəhərlərin kənarındakı restoranların yaxınlığında da müşahidə olunur.
İrfan Vəliyev