Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin rus ordusunu niyə təbrik etdi? – Şok iddia

Putin rus ordusunu niyə təbrik etdi? – Şok iddia

Tarix: 5 Iyul 2022 22:42

Rusiyanın Ukraynanın Luqansk vilayətini tam işğal etməsi ilə bağlı iddia irəli sürülüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sözügedən iddianın mənbəyi "Röyter" agentliyidir.

Agentliyin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin dünən rus qoşunlarını Ukraynadakı hərbi əməliyyatlarda mühüm mərhələ olan "Luqanskın azad edilməsi" münasibətilə təbrik edib.

Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Ukraynanın şərqindəki "son qala" Lisıçansk şəhərinin tamamilə rus qüvvələrinin nəzarətinə keçdiyini açıqlamışdı.

Açıqlamada Lisıçansk şəhəri və Beloqorivka, Novodrujesk, Maloryazantseve və Belaya Qora yaşayış məntəqələri üzərində tam nəzarətə nail olunduğu da bildirilmişdi.

Milli.Az


Etiketlər:  Putin rus ordusunu niyə təbrik etdi Şok iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ