Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi - FOTO

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi - FOTO

Tarix: 5 Iyul 2022 23:04

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov mənzillə təmin edilib.

O, bu haqda sosial şəbəkə hesabında məlumat verib.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, C.Qafarov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayaraq bu sözləri yazıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm".

"2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib" - deyə Corc Qafarov bildirib.


Etiketlər:  Roza Zərgərlinin övladlığa götürdüyü oğluna verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ