Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 08:24
Bakının Xətai rayonunda yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil yol kənarında su borularının yenilənməsi üçün qazılan xəndəyə düşüb.
Avtomobil çuxurdan kran vasitəsilə çıxarılıb.
Sürücü ağır kəllə-beyin travması alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.