Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

9 nəfərin qatili 20 ildən sonra saxlanıldı

9 nəfərin qatili 20 ildən sonra saxlanıldı

Tarix: 7 Iyul 2022 09:30

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları 2002-ci ildə 9 nəfəri öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə 2002-ci ilin fevralında Moskva yaxınlığındakı Psotino kəndində törədilib.

Evdə məhkəmə-tibb ekspertləri üç qadın, üç kişi və doqquz yaşlı qızın cəsədini tapıblar.

Ekspertiza müəyyən edib ki, ölənlər balta ilə vurulan zərbələrdən ölüblər.

Bir ay sonra Ryazan vilayətində də analoji qətl törədilib.

REN TV-nin məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxs iyulun 3-də saxlanılıb. 49 yaşlı A.Markov olduğu üzə çıxıb. Həmin şəxs Stavropol diyarındandır. O, dəfələrlə mühakimə olunub. Toplanmış sübutlar onun Moskva vilayətində yeddi, Ryazan vilayətində isə daha iki nəfərin qatili olduğunu deməyə əsas verir.

Kişi saxlanılıb. Hazırda onun barəsində istintaq aparılır.

Milli.Az


Etiketlər:  9 nəfərin qatili 20 ildən sonra saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ