Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir avtobus qəzası - Xəsarət alanlar var

Bakıda daha bir avtobus qəzası - Xəsarət alanlar var

Tarix: 7 Iyul 2022 12:54

Bakıda marşrut avtobusunun iştirakı ilə daha bir ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, səhər saatlarında Mehdiabad qəsəbəsində "Çinar Trans" MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JZ 281 nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşub. Belə ki, qəza avtobus dönmə əməliyyatını yerinə yetirirkən baş verib.

Hadisə avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Qeyd edək ki, dünən də paytaxtın Nizami rayonunda "Çinar Trans" MMC-yə məxsus marşrut avtobusu ağöır qəzaya düşüb və 5 nəfər xəsarət alıb.

Milli.Az


Etiketlər:  Bakıda daha avtobus qəzası Xəsarət alanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ