Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi'' - Aftandil Hacıyev

''Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi'' - Aftandil Hacıyev

Tarix: 21 Sentyabr 2019 22:52

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda  “Qəbələ” ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. “Qarabağ” istisna, digər bütün komandalar sonadək mübarizə aparacaqlar. “Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər. İlk yarıya yaxşı girə bilmədik. Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.

- “Qarabağ”ın ən yaxın izləyicisi olan komandanın baş məşqçisi niyə belə deyir?

- Qarşımıza heç 2-ci yeri tutmaq vəzifəsi də qoyulmayıb. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə stabillik lazımdır.

- Qalan 3 oyunda “Qarabağ”dan heç olmasa 1 xal almağı bacaracaqsınız?

- Bunu istəyirik. Hər oyuna maksimum motivasiyalı çıxmağa çalışırıq.

- Maliyyə problemləri barədə yazılanlar nə dərəcədə həqiqətəuyğundur?

- Bir sıra futbolçumuzun getməsi maliyyə sıxıntılarının olmasından xəbər verir. Tamerlan Abdullayev də çalışır ki, gecikmələr çox olmasın. Hələ ki, bunun öhdəsindən gəlirlər. Qarşıdakı aylarda necə olacağını bilmirəm. Futbolçulara təşəkkür edirəm ki, bu problemlər oyunumuza təsir etmir. Qışadək avrokuboklardakı bonusumuz da köçürüləcək.

- Oyunun afişasına rast gəlmədik. Səbəb nə idi?

- (Törə Əhmədova) Sadəcə, afişaya ehtiyac duymadıq.

 


Etiketlər:  Psixoloji üstünlük Qəbələ tərəfdə Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ