Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik" - Ukrayna Prezidentinin Ofisi

Tarix: 9 Iyul 2022 12:38

"Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

"70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu, öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir".

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

Xatırladaq ki, ABŞ Ukraynaya 4 HIMARS reaktiv yaylım atəşi sistemi verib və 400 milyon dollar əlavə hərbi yardım ayırıb.

Milli.Az


Etiketlər:  Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik Ukrayna Prezidentinin Ofisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ