Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Xəstəyəm, qızdırma içindəyəm”

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Xəstəyəm, qızdırma içindəyəm”

Tarix: 9 Iyul 2022 20:02

"Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə "Facebook" sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur - red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim".

Milli.Az pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.


Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: "Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm".

Xatırlatma: R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı "Facebook" sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.

Milli.Az


Etiketlər:  Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı Xəstəyəm qızdırma içindəyəm


RƏYLƏR