Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirin baş bəlasına çevrilən dairəsi: Burada hər gün qəza olur - VİDEO

Mingəçevirin baş bəlasına çevrilən dairəsi: Burada hər gün qəza olur - VİDEO

Tarix: 10 Iyul 2022 14:54

Mingəçevirin ən böyük prospektlərindən olan Müslüm Maqomayevdə avtomobilərin hərəkəti intensivliyi ilə seçilir. Amma son vaxtlar sözü gedən küçədə qoyulan dairə  sürücülər üçün problemlər yaradır. Dairənin gecə saatlarında görünməz olması yol qəzalarına səbəb olur. Ərazidə yaşyanlar bildirir ki, hətta sözü gedən dairəyə təcili tibbi yardım avtomobli də çırpılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, dairə sürücülərin işinin asanlaşdırmaq üçün qoyulmuşdu amma tərsinə oldu. Bu yerin xüsusi ilə gecə saatlarında görünməməsi qəzaları qacınılmaz edir.

Sürücülər bildirir ki, əgər normalda burda ayda 1  dəfə qəza olurdusa indi demək olar hər gün qəza baş verir.

Həmin prospektdə yaşayanlar bildirir ki,ərazidə dairənin yaratdığı problemlə yanaşı piyadalrın keçməsi üçün keçidlərdə yoxdur. Ən çox problemlər isə digər bölgələrdən gələn sürüclər üçün yaranır. Onlar Maqomayev küçsində ilk dəfə hərəkət etiyindən dairənin olduğunu bilmir və qəzalar baş verir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının müavini Məhluqə Cavadovanin sözlərinə görə sözügedən küçədə 2020-ci ildə  əsaslı təmir işləri aparılıb. Həmin dairənin  ətrafına işıq əks etdirən işarələr qoyulub.Yaxın zamanlarda şəhər icra hakimiyyətinin,yol hərəkəti təhlükəsizliyi komissiyasında bu məsələyə baxılacaqdır və mütəxsislərin iştirakı ilə  orada qərar veriləcəkdir.

Milli.Az


Etiketlər:  Mingəçevirin baş bəlasına çevrilən dairəsi Burada hər gün qəza olur VİDEO


RƏYLƏR