Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna İtaliyadan 200 milyon avro faizsiz kredit alacaq

Ukrayna İtaliyadan 200 milyon avro faizsiz kredit alacaq

Tarix: 12 Iyul 2022 21:16

Ukrayna İtaliyadan 200 milyon avro məbləğində faizsiz kredit alacaq.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında yayılan məlumatda deyilir.

Maliyyə Nazirliyindən bildirilib ki, vəsait ümumi orta təhsil müəssisələrinin müəllimlərinin əməkhaqlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Kredit 15 il müddətinə verilir. Nazirlikdən bildirilib ki, kreditin istifadəsinə görə faiz hesablanmır.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Beynəlxalq Valyuta Fondu Qərb ölkələrinin Kiyevə yardımının köçürülməsi üçün ayrıca inzibati hesab yaradıb. O, həmçinin bildirib ki, Kiyev hər ay tərəfdaşlardan 5 milyard dollar alacağını gözləyir.


Etiketlər:  Ukrayna İtaliyadan milyon avro faizsiz kredit alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ