Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkisi 217 kiloqram olan kişi maşına minə bilmədi

Çəkisi 217 kiloqram olan kişi maşına minə bilmədi

Tarix: 13 Iyul 2022 20:08

Özü üçün yığdığı avtomobilə minə bilməyən ABŞ sakini bir ildə çəkisini iki dəfədən çox - 217 kiloqramdan 90 kiloqrama qədər azaldıb.

Sonxeber.net bildirir ki, onun hekayəsi NBC-nin Today saytında yerləşdirilib.

23 yaşlı Kolton Lou uşaqlıqdan artıq çəkili idi, həmişə çox yemək yediyini və az hərəkət etdiyini bildirib. Məktəbdən sonra təxminən 160 kiloqram ağırlığında olan Lou avtomobil hissələri mağazasında işə düzəldi. Maaşının demək olar ki, hamısı restoranlara gedirdi, çünki onun üçün stresslə mübarizə aparmağın əsas yolu yemək idi.

2019-cu ildə kişi iş konfransına getdi, bütün günü ayaq üstə keçirdi, axşam isə əzaları hissiyatını itirdi, çox şişdi və qızardı, bu da onu qorxutdu. "Son zərbə bir modifikasiya maşını alıb yarım ildən çox onun üzərində işlədiyim zaman gəldi. Və ilk test-drayva hazırlaşanda anladım ki, sadəcə maşının içərisinə sığmıram", - o deyib.

2021-ci ilin yanvarına qədər kişinin çəkisi 217 kiloqrama çatdı və həmin ilin aprelində o, mədəsinin həcmini 80 faiz azaldan qastroplastikadan keçdi. Lounun sözlərinə görə, bunun sayəsində toxluq hissi çox tez gəlməyə başlayıb. O, yalnız faydalı və sağlam qidalar yeməyə başladı və şirin soda və sürətli karbohidratları pəhrizdən tamamilə çıxardı.

2021-ci ilin sonuna qədər Lou 90 kiloqram arıqlamağı bacardı. Eyni zamanda onun atasına kəskin qaraciyər çatışmazlığı diaqnozu qoyuldu və bunun üçün orqan transplantasiyası tələb olunurdu. Gənc artıq çəkiyə görə donor ola bilməyəcəyindən qorxurdu, amma məlum oldu ki, arıqlama zamanı onun bədən kütləsi indeksi 70-dən tələb olunan 30 bala düşüb.

Nəticədə transplantasiya üçün başqa donor tapıldı, lakin Lou çox qürur duyur ki, indi lazım gələrsə, atasına kömək edə bilər. İndi gəncin çəkisi 90 kiloqramdır. O, özünü daha sağlam və inamlı hiss etməyə başladığını və indi öz əlləri ilə yığdığı avtomobilə otura bildiyini söyləyib.

İrfan Vəliyev


Etiketlər:  Çəkisi kiloqram olan kişi maşına minə bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ