Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 00:32
Milli Məclis sədrinin müavini Adil Əliyevlə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq.
Sonxeber.net xəbər verir ki, bu sözləri Sabirabadın deputatı Kamal Cəfərov dünən sosial şəbəkə hesabında qeyd edib.
"Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə də görüşmüşəm, bayramlaşmışıq (Fotosu başlıqda təqdim edilir - red.). Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq, dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam.
Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub", - deyə o bildirib.