Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi

İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi

Tarix: 17 Iyul 2022 20:00

İranda tamamilə qurumaq təhlükəsi ilə üzləşən Urmiya gölünə görə bir qrup insan hökumətə qarşı etiraz aksiyası keçirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin ciddi addımlar atmadığını bildirən yüzlərlə nümayişçi Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində toplaşıb.

Aksiya iştirakçıları "Urmiya gölü susuzdur!", "Parlament Urmiya gölünün öldürülməsini əmr edir!" şüarları səsləndiriblər. Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi diqqət çəkib.

Milli.Az


Etiketlər:  İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi


RƏYLƏR